Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.

R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə