Bakı–Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində yük maşını aşıb, sürücü xəsarət alıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı bordürə, daha sonra isə yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət almış sürücü - 1994-cü il təvəllüdlü Z.Şabanlı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb yük avtomobilinin təkərinin partlaması olub. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə