Tanınmış hakim vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib. SİA xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləyib. Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru olan Ə. Seyidov Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru idi.

Bütün xəbərlər Facebook səhifəmizdə