İsrailin şimalındakı Hariş şəhəri yaxınlığında avtomobilin bir qrup velosipedçini vurması nəticəsində bir qadın ölüb, iki nəfər yaralanıb. SİA “The Times of Israel”ə istinadən xəbər verir ki, məlumatı polis və həkimlər təsdiqləyib.
“Magen David Adom” təcili yardım xidmətinin məlumatına görə, ölən 40 yaşlarında olan qadındır. Həkimlər ona kömək etməyə çalışsalar da, onun hadisə yerində ölümünü qeydə almaq məcburiyyətində qalıblar.
Daha iki velosipedçi Haderadakı xəstəxanaya aparılıb, onlardan birinin vəziyyəti ağırdır.
Avtomobilin sükanı arxasında 19 yaşlı gənc olub. O, dindirilmək üçün saxlanılıb.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə