Bakıda moped avtomobilə çırpılıb, ölən var

Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi mopedlə hava limanı istitqamətində hərəkət olarkən idarəetməni itirərək Zığ şossesidə "FORD" markalı avtomobillə toqquşub.

Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə