Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb. SİA xəbər verir ki, Salyan rayon sakini, 24 yaşlı Rəşad İslamov çayda boğulub. Yaxınlarının sözlərinə görə, R.İslamov əvvəllər Bakıda aşpaz kimi işləyirmiş. Bir müddət əvvəl isə işləmək üçün Rusiyaya yola düşüb. O da qeyd olunub ki, hazırda ailə imkansızlıq səbəbindən meyiti Bakıya gətirməyə çətinlik çəkir. Bundan başqa, mərhumun Vətən müharibəsi iştirakçısı olduğu da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə