Qəza nəticəsində piyada svetoforu yararsız hala düşdü

Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, hadisə zamanı 1 ədəd düyməli piyada svetoforu yararsız hala düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor quraşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə