Bakıda ağır qəza: 11 yaşlı qız ÖLDÜ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.

35 yaşlı Davud Əhməd oğlu Əhmədovun idarə etdiyi avtomobillə 34 yaşlı Elvin Zülfüqar oğlu Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Sərnişinlərdən biri 11 yaşlı Zəhra Davud qızı Əhmədzadə aldığı xəsarətlərdən Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə