93 min manatlıq saat oğurlayan şəxslərin cəzası azaldılıb

İşlədikləri avtoyuma məntəqəsindəki avtomobildən 93 500 manat dəyəri olan “Rolex" markalı qızıl qol saatını oğurlamaqda təqsirləndirilən Röyal Ocaqlı və Elzamin Abdullayev barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. SİA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərarə əsasən, təqsirləndirilən şəxslərin cəzası 4 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər biri 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

Onlara Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə