Dekabrın 17-də polis əməkdaşları Bakıda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 5 tüfəng, 32 patron darağı və 206 müxtəlif çaplı patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməkdaşlar tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə