Şamaxı, Qəbələ, Laçın və Balakən seçiciləri işıqlı sabaha səs verəcəklər!

Şamaxı

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Şamaxı rayon şöbəsi bu gün Şamaxı şəhəri mədəniyyyət evində gənclər, ağsaqqallar və mədəniyyət işçiləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Mərkəzi Seçki Qərargahının üzvləri - Xarici Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.

İlk öncə yığıncağı giriş sözüilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açıq elan edib. Sonra Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli çıxış ediblər.

Sonda qərargah üzvləri seçicilərin suallarına cavab verərək yığıncağı bitiriblər.

Qəbələ

Qəbələdə təbliğat-təşviqat işləri davam edir. Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Böyük Pirəli, Soltannuxa və Kiçik Pirəli kəndlərinin seçiciləri ilə görüş keçirilib. Tədbiri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təşviqat qrupunun üzvü Azad Məmmədov açaraq ölkəmizin hərtərəfli inkişafında İlham Əliyevin böyük rolu olduğunu, onun diqqət və qayğısını xüsusi vurğulayıb və seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verməyə çağırıb. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Arifə Bayramova Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən danışıb və seçicilərin yekdilliklə cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirib.

Görüşdə çıxış edən seçicilərdən Səhrab Babayev, Qədim İsgəndərov, Elçin İslamzadə və Gülşad Rəhimova Azərbaycanın işıqlı gələcəyinə, cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qəbələ seçicilərinin yeganə seçimi Prezident İlham Əliyevdir.

Laçın

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Abşeron rayonunda yaşayan Laçınlı seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib. Bu inkişafın Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən İ.İlyasov Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib. Tədbirdə çıxış edən Millət Vəkili Mahir Abbaszadə bildirib ki, “Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarın daha da möhkəmlənməsinə yol açıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, partiyamızın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır. Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir”. Tədbirdə çıxış edən rayon ağsaqaları və ziyalıları Əmirxan Zeynalov, Varaşil Məmmədov, Afərim İsmayılova, Kəmalə Quliyeva, Qarabağ Vetranı Ağa Əhmədov, gənc YAP fəalı Aytac Abbasova və başqaları çıxış edərək bildirdilər ki, laçınlılar ən layiqli namizədə - YAP-ın namizədi İlham Əliyev cənablarına səs verəcəklər.

Balakən

Təşviqat mərhələsinin növbəti görüşü rayonun Talalar kəndində seçicilərin toplaşdığı kənd folklor evində baş tutub. Görüşü Balakən rayon Seçki Qərargahının üzvü Ömər Osmanov Prezident İlham Əliyevin 15 il müddətində gördüyü işlərin xülasəsini verməklə başlayıb.

Müstəqil Azərbaycanın iqtisadiyatı, kənd təsərüfatı, təhsili, səhiyyəsi ayrı-ayrı sahələrin inkişafı Ulu Öndərin tövsiyyələrinə uyğun olaraq inkişaf etdirilir və əldə olunmuş nəaliyyətlər daima göz önündədir. Ziyalılar adından çıxış edən Talalar orta məktəbinin tarix müəllimi Sabir Novruzov Azərbaycann Prezidentinin təhsilə olan qayğısından, müəlimlərin diaqnostik qiymətləndirmə cədvəllərinə uyğun olaraq əmək haqlarının artırılmasına, ölkənin daxili və xarici siyasətində əldə olunan uğurlara diqqəti yönəltdi.

Rayon Seçki Qərargahının üzvü Rəhim Tağıyev prezident İlham Əliyevin dövlətin müstəqilliyi, iqtisadiyyatın inkişafı, beynəlxalq layihələrin uğurla başa çatdırılmasını tədbir iştirakçıların nəzərinə çatdırdı.

Günün ikinci yarısında Balakən rayon Seçki Qərargahının üzvləri rayonun Tülü kəndindən olan seçicilərlə görüşə gəldilər. Görüşdə iştirak edən ziyalılardan Gülnişan Əliyeva, gənclər adından çıxış edən müəllimə Dilşad Qurbanova 11 aprel 2018-ci ildə Tülü kənd seçicilərini yekdilliklə səsvermə hüququ olan ailə üzvləri ilə birlikdə seçki məntəqəlinə gəlməyə çağırdi.

Tülü kənd orta məktəbinin direktoru Akif Mirzəyev, rayon Ağsaqallar Şurasının sədri, seçki qərargahının üzvü Rəşid Musayev kənd seçicilərini Azərbaycanın müstəqilliyinə, iqtisadiyyatına, ordu quruculuğuna, təhsilinə və səhiyyənin inkişafına daim diqqət yetirən Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırdı. Seçicilərlə görüşü yekunlaşdıran rayon Seçki Qərargahinin üzvü Ömər Osmanov əmin olduğunu bildirdi ki, Tülü kənd seçiciləri 11 aprel 2018-ci ildə yekdilliklə seçki məntəqələrinə gələcək, Azərbycanın gələcək inkişafının təminatçısı İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə