Yeni Azərbaycan Partiyasının mərkəzi seçki qərargahının Sabirabad rayon şöbəsi partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərcivəsində Sabirabad rayonunun Qasımbəyli kənd bələdiyyəsinin qarşısında Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli və Muradbəyli kənd seçiciləri ilə görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva və təşviqat qrupunun üzvləri iştirak ediblər.
M.Ağayeva çıxış edərək bildirib ki, Azərbaycan növbəti siyasi-ictimai hadisə - prezident seçkiləri ərəfəsindədir və bu gün ölkədə aparılan genişmiqyaslı inkişaf və tərəqqi işləri son 15 ildə reallaşdırılan uğurların sübutudur. “Ümumiyyətlə, əldə edilən hər bir uğur bilavasitə Cənab İlham Əliyevin apardığı mütərəqqi və məqsədyönlü siyasətin məntiqi nəticəsidir”, - deyə qeyd edən natiq seçiciləri aprelin 11-də seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının və bütün bunlar Cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin bariz nümunəsidir”.
Təşviqat qrupunun üzvləri Böyükağa Həmidov, Füzuli Paşayev, Şükufə Əsgərova və başqaları çıxış edərək xüsusi vurğulayıblar ki, Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmasını özünün əməli fəaliyyəti ilə sübuta yetirib: “İnanırıq ki, Sabirabad rayonunun seçiciləri daha böyük nailiyyətlərin əldə edilməsi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi naminə aprelin 11-də Möhtərəm İlham Əliyevə birmənalı olaraq səs verəcəklər”.
Tədbirdə 800 nəfərdən çox seçici iştirak edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB