Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki qərargahının Daşkəsən rayon şöbəsinin təbliğat qrupu rayonun Quşçu kəndində seçiçilərin ilk mitinqini təşkil edib. SİA-nın verdiyi məlumata görə, mitinqə Quşçu kəndi ilə barabər qonşu Kəmərqaya, Zəylik, Çovdar, Bayan kəndlərinin və Daşkəsən, Quşçu, Quşçu Körpü qəsəbələrinin seçiciləri də toplaşıb.
Tədbiri giriş sözü ilə YAP Mərkəzi Seçki qərargahının Daşkəsən rayon şöbəsinin sədri Meydanəli Yolçuyev açaraq son 15 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurlarından, ötən dövr ərzində bütün sahələrdə əldə olunan nailiyyətlərdən danışıb.
Natiq qeyd etmişdir ki, Azərbaycan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət sahəsində İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf, tərəqqi əldə edib. Ötən 15 il onlarla beynəlxalq layihələr həyata keçirilib, düşmən qüvvələr tərəflərdən həlli mümkün olmayan layihə kimi qarşılanan əfsanəvi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və sair layihələr nəticəsində qitələr bir-birinə qovuşub, okeandan-okeana çıxış əldə olunub. Müstəqil Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şuranın üzvü seçilib.
Meydanəli Yolçuyev yüzlərlə mitinq iştirakçısının qarşısında daha sonra öz çıxışına davam edərək qeyd edib ki, cənab İlham Əliyev bu günün, sabahın və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Onun daxili və xarici siyasəti də Azərbaycanın xoş gələcəyinə təminat verir. Bütün seçiciləri ürəklərinin hökmü ilə 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb.
Mitinqdə Quşçu kənd sakinləri Gülnarə Babayeva, Kərim Kərimov, Narıngül Qarayeva, Vüqar Muxtarov, Bayan kənd sakinləri Səyyarə Rəsulova, Rahilə Əliyeva, Quşçu qəsəbə sakini Aqif Məmmədov, Kəmərqaya kənd sakini Tərlan Əsədova və digərləri çıxış edərək İlham Əliyevi birmənalı olaraq alternativsiz namizəd kimi gördüklərini qeyd edib, Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi İlham Əliyevin uğurlu fəaliyyətini vurğulayaraq hamılıqla ona səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB