Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində rayonun poliklinika şöbəsində, Mədəniyyət Evində təhsil işçiləri ilə, eləcə də Carlı, Quşlar Mollakənd kəndlərində çoxsaylı seçicilərlə görüşlər keçirilib. Görüşlərdə Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zemfira Zərbalıyeva, rayon təşviqat qrupunun üzvləri iştirak ediblər.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri reallaşdırılır. “Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb” vurğulayan A.Kərimli həmçinin bildirib ki, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var: “Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin Azərbaycanda lider-xalq birliyi güclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir. Ötən müddətdə rayonumuzda geniş quruculuq-abadlıq işləri həyata keçirilib, kənd və qəsəbələrə yollar çəkilib, qaz və işıqla təminat ən yüksək səviyyəyə çatıb, içməli su problemi müsbət həllini tapıb. Mən əminəm ki, məhz bütün bu və digər uğurlara görə, seçicilərimiz mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər”.
Təbliğat qrupunun üzvlərindən E.Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Z.Zərbalıyeva, rayon təşviqat qrupunun üzvləri Sabir Novruzov, Yaqut Əşrəfova, Elmira Süleymanova çıxış edərək bildirdilər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik: “İllərdir bu yol bizi qələbələrə, yeni uğurlara, yeni nailiyyətlərə aparır. Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb”.
Çıxış edənlər Prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdilər: “Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ, qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər”.
Seçicilərdən Abduləziz Hüseynov, Gülməmməd Eyvazov, təhsil işçilərindən Gülbəniz İbrahimova, Rəhilə Abbasova, səhiyyə işçilərindən Şəmsiyyə Hüseynova, Eynulla Novruzov çıxış edərək vurğulayırlar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Yaşayış səviyyəsinin yaxşılaşmasını, təhsil, səhiyyə işçilərinə olan dövlət qayğısını, həm öz həyatımızda, həm də bütünlüklə ölkədə, rayonumuzda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik” qeyd edən seçicilər vurğulayıblar: “11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndə Heydər Əliyevin layiqli davamçısı, növbəti 7 ilimizin qarantı, İlham Heydər oğlu Əliyevə səs verəcəyik. Bununla da bir daha işıqlı aydın gələcəyə, sabitliyə, əmin-amanlığa, dinamik inkişafa səs vermiş olacağıq”.
Bu gün həmçinin Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində səhiyyə işçiləri ilə, rayon qadınları ilə, eləcə də, rayonun Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurd Bayram kəndlərində çoxsaylı seçicilərlə görüşlər olub. Görüşlərdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin katibi, professor Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zenfira Zərbalıyeva, rayon təşviqat qrupunun üzvləri iştirak ediblər.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin Azərbaycanda lider-xalq birliyi güclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir. Ötən müddətdə rayonumuzda geniş quruculuq-abadlıq işləri həyata keçirilib, kənd və qəsəbələrə yollar çəkilib, qaz və işıqla təminat ən yüksək səviyyəyə çatıb, içməli su problemi müsbət həllini tapıb. Mən əminəm ki, məhz bütün bu və digər uğurlara görə, seçicilərimiz mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər.
Təbliğat qrupunun üzvlərindən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin katibi, professor Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zenfira Zərbalıyeva, rayon təşviqat qrupunun üzvləri Sabir Novruzov, Elmira Süleymanova çıxış edərək bildirdilər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik. İllərdir bu yol bizi qələbələrə, yeni uğurlara, yeni nailiyyətlərə aparır. Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir.Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Çıxış edənlər Prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdilər Geridə qoyduğumuz 15 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki illərdə də partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək. Natiqlər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Onların sözlərinə görə, dövlət başçısı ötən müddət ərzində xalq qarşısında bütün vədlərə layiqincə əməl edib. Ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır.Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ, qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
Seçicilərdən şəhid anası Əsbət Əliyeva, Rəhman Mikayılov, Rasim Əzizov, Məhəmməd Musayev, Yaqut Əşrəfova, Dürriyə Seyidova, çıxış edərək vurğulayırlar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaşayış səviyyəsinin yaxşılaşmasını, təhsil, səhiyyə işçilərinə, eləcə də qadınlara olan dövlət qayğısını, həm öz həyatımızda, həm də bütünlüklə ölkədə, rayonumuzda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik. Respublikamız, o cümlədən rayonumuz hər gün daha da inkişaf edir. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 7 ilimizin qarantı, İlham Heydər oğlu Əliyevə səs verərək öz liderimizə sevgimizi , hörmətimizi səsvermə məntəqələrində fəallıqla isbatlayacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB