İlhamlı sabahımıza "İLHAMLA İRƏLİ!"

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonunun Çarxı kənd seçiciləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə dövlət siyasətinin həyata keçirilməsini bidirərək, dövrün tələblərinə uyğun sistemli islahatların aparıldığını diqqətə çatdırıb.

Bildirib ki, ictimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib: "Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir". Bütün bunlar bir daha təsdiqləyir ki, dövlət başçısı kimi Cənab İlham Əliyev ötən 15 ildə Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Rayon təşkilat sədri İlhamlı sabahımıza, "İLHAMLA İRƏLİ!", - deyərək bütün xaçmazlıları uğurlu gələcəyimizin qarantı - İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə Milli Məclisin deputatı Eldəniz Səlimov çıxış edərək 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tətbiqi ilə həyata keçirilən islahatlardan danışaraq, seçiciləri Prezident seçkilərində alternativsiz namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırdı: "Çalışırıq ki, əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilər də uğurla, mütəşəkkilliklə başa çatsın. Keçirdiyimiz görüşlərdə iştirak edən seçicilərin sayının çox olması bir daha onu sübut edir ki, xalq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. İnanıram ki, xaçmazlılar 11 apreldə keçiriləcək prezident seçkilərində fəalllıq nümayiş etdirəcək və partiyanın namizəd İlham Əliyevə səs verəcəklər".

Görüşdə kənd sakinlərindən Əzizulla Mədətov, Nəbi Bağırov, Oktay Qurbanov, Əlican Əliyev, rayon ağsaqqallar şurasının sədri, təşviqat qrupunun üzvü Əli Mustafayev və başqaları çıxış edərək ölkəmizin gündən-günə inkişaf etdiyini, insanların rifah halının yüksəldiyini bildirərək, bu işlərin davamlı olmasını vurğuladılar. Ona görə də, rayon seçicilərinin 11 apreldə Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə