Şəmkirlilər “İlhamla irəli” deyirlər

YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Muxtariyyə, Əliyaqublu, Yeni-Göyçə, Dağ-Cəyir və Çaykənd kəndlərində seçicilərlə görüşlər keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin deputatı Sahibə Qafarova, YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev və YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsinin üzvləri iştirak etdilər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görüşlərdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti sayəsində qüdrətli Azərbaycan mövcuddur. Bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir layihə icra oluna bilməz. Çox müsbət haldır ki, bütün bu proseslərdə dövlət kimi Azərbaycanın iştirakı və Cənab İlham Əliyevin siyasəti ilk növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir.

Fəxrəddin Vəliyevin sözlərinə görə, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çoxşaxəli siyasətinin hər bir istiqaməti Azərbaycan xalqının rifahına, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına yönəlib. Bunun nəticəsidir ki, indi Cənab İlham Əliyevin prezidentliyə namizədliyi yenidən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldükdən sonra xalqımız, insanlarımız çox ruh yüksəkliyi ilə prosesə qoşulublar. Hər kəs əmindir ki, Ümummilli Lider Heydər Əliyev siyasətinə alternativ yoxdur.

Milli Məclisin deputatı Sahibə Qafarova isə çıxış edərək bildirib ki, Cənab İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi sosial sifarişdir. Xalq istəyir ki, ölkəsindəki mövcud əmin-

amanlıq, iqtisadi və sosial inkişaf davamlı və əbədi olsun. Bunları isə Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı üçün son 15 ildə yüksək səviyyədə yaradıb. Bu gün xalqımız yaxşı anlayır ki, hakimiyyətin səriştəsiz və bacarıqsızların əlinə keçməsi ölkəmiz üçün çox ciddi təhlükələr yarada bilər. Ona görə də xalqın alternavsiz lideri məhz Cənab İlham Əliyevdir.

Görüşlərdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin üzvləri YAP-ın namizədi Cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərindən danışıblar. Onlar inamla bildirdilər ki, onlar hamılıqla cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə