Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Xızı rayon şöbəsi partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərcivəsində Xızı rayonunda seçicilərlə növbəti görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev və “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.
F.Haqverdiyev çıxış edərək bildirib ki, Azərbaycan növbəti siyasi-ictimai hadisə - prezident seçkiləri ərəfəsindədir və bu gün ölkədə aparılan genişmiqyaslı inkişaf və tərəqqi işləri son 15 ildə reallaşdırılan uğurların sübutudur. “Ümumiyyətlə, əldə edilən hər bir uğur bilavasitə Cənab İlham Əliyevin apardığı mütərəqqi və məqsədyönlü siyasətin məntiqi nəticəsidir”, - deyə qeyd edən natiq seçiciləri aprelin 11-də seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.
“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxışında vurğulayıb ki, Azərbaycanda son 15 il ərzində aparılan mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilib: “İstər regional, istərsə də beynəlxalq layihələrin ardıcıllıqla həyata keçirilməsi hər bir azərbaycanlının daha firavan, daha xoşbəxt yaşaması naminə atılan addımlardır və bütün bunlar Cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin bariz nümunəsidir”.
Bəhruz Quliyev qeyd edib ki, Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmasını özünün əməli fəaliyyəti ilə sübuta yetirib: “İnanırıq ki, Xızı rayonunun seçiciləri daha böyük nailiyyətlərin əldə edilməsi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi naminə aprelin 11-də Möhtərəm İlham Əliyevə birmənalı olaraq səs verəcəklər”.
Görüşün sonunda bir qrup fəal YAP üzvünə partiyanın Xızı rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB