Aran bölgəsində təbliğat-təşviqat kampaniyası başlandı

Saatlı

Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının Seçki Qərargahı da 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində təbliğat-təşviqat kampaniyasına uğurla start verirb.

Kampaniya çərçivəsində rayon təşkilatının fəalları təşviqat-təbliğat materiallarını, plakatları Saatlı rayonu ərasizinin əhatə etdiyi müvafiq Seçki Dairələri üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar. YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyevin verdiyi məlumata görə, YAP Saatlı rayon təşkilatının Seçki Qərargahında prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. O, deyib ki, partiya üzvləri bu kampaniyanın da yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Fəal gənclər və rayonun ictimai həyatında seçilən, nüfuzlu şəxslər, ağsaqqallar təşviqatçı qruplara cəlb olunaraq prosesin daha mükəmməl şəkildə həyata keçirilməsinə töfhə verəcəklər. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.

Hacıqabul

YAP Hacıqabul rayon təşkilatı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezident seçkilərinin növbəti və mühüm mərhələsinə-təbliğat-təşviqat kampaniyasına uğurla start verdi.

Belə ki, rayon təşkilatının nəzdində yaradılmış seçki qərargahı seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırmaqla martın 19-dan səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsini artıq başa çatdırmışdır.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirdi ki, şəhər təşkilatının fəalları seçki plakatlarının seçki lövhələrinə yerləşdirilməsini az bir vaxtda və qanunuyğun şəkildə həyata keçirmişlər. Hacıqabul rayon sakinləri YAP-ın təbliğat və təşviqat kampaniyasında iştirak edən fəallara dəstək olaraq bu işdə yaxından iştirak etmişlər.

Hafis Bəşirovun sözlərinə görə, hacıqabullular 11 aprel Prezident seçkilərində Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.

YAP Neftçala və Sabirabad rayon təşkilatları təşviqata start verdi

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Neftçala və Sabirabad rayon təşkilatları da təşviqat kampaniyasına qoşulublar.

Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını aidiyyatı üzrə Seçki Dairələrinin seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar.

Salyan, Neftçala, Sabirabad, Saatlı və İmişli rayon təşkilatlarının prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb partiyanın aktiv üzüvlərindən əsasən gənclərdən ibarət təbliğat qrupu yaradılıb. Artıq fəal təbliğat işlərinə start verilib. Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planına əsasən, martın 19-u saat 08:00-da başlayacaq təşviqat kampaniyası aprelin 10-u səhər saat 08:00-da bitəcək.

Neftçala

Sabirabad

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə