Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.
Bu barədə SİA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.
Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər. Həmin şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.
İmtahanlar saat 10:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda 365 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.
Xəbər lenti
Abdullah Öcalana vəzifə verilib? - AÇIQLAMA
Dünya 22:19Baza Audi A2 gözlənilmədən gözəl çıxdı...
Texnologiya 21:51GUZEMA brendi onqat özünü təmsil edir…
Dəb 21:28Süni intellekt sahəsindəki ən güclü insan parlaq gələcəyə əmindir...
Texnologiya 21:05Yeni təhlükəsizlik arxitekturası
Köşə yazıları 21:04Rusiyada qış buğda əkini uğursuz ola bilər...
İqtisadiyyat 20:07“Əllər ciblərdə, bədənlər yanır...”
Dünya 18:52Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
İqtisadiyyat 18:42Zirehli MAUL robotları cəbhə xəttində işləyir...
Dünya 18:27Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Siyasət 18:23Əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Hadisə 17:24YAP İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib
Siyasət 17:17Zəfər yolu yeni qələbələr vəd edir
Siyasət 17:14YAP milli maraqları daim üstün tutur
Siyasət 16:58Xalq-iqtidar birliyinin əsasında qarşılıqlı inam dayanır
Siyasət 16:55Paşinyan Rusiya hərbi bazasını "lazımsız" adlandırdı
Siyasət 16:53Kremldən ABŞ-ın yeni sanksiyalarına REAKSİYA
Siyasət 16:44DSK-lar yenidən formalaşdırılır
Siyasət 16:30Fransa Moskvanın təhdidlərinə cavab verdi
Dünya 13:36Qızını məktəbə aparan şəhid
Sosial 12:22“Əsrin müqaviləsi”: enerji sektorunda yeni mərhələ - ANALİZ
İqtisadiyyat 12:15Bu gün iki rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ
Sosial 05:04Lənkəranda TIR "Mersedes"lə toqquşub, ölən var
Hadisə 04:06Avropa Liqasında gecənin NƏTİCƏLƏRİ
İdman 03:05Azərbaycanın gələn ilin müdafiə və təhlükəsizlik xərcləri AÇIQLANDI
İqtisadiyyat 01:23Türkiyədə daha bir FETÖ üzvü YAXALANIB
Dünya 01:03Gələn il büdcədənkənar daxilolmalar 41 %-dən çox azalacaq - PROQNOZ
İqtisadiyyat 00:23"ABŞ-a etibar etmirik" - iranlı general
Dünya 00:03Ölkəmiz gələn il 3 milyard manata yaxın borc alacaq
İqtisadiyyat 16 Sentyabr 23:19"Bu irsin gələcək nəsillər üçün müdafiəsinin vacibliyini vurğuladım"
Siyasət 16 Sentyabr 23:03Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - MƏLUMAT
Sosial 16 Sentyabr 22:19"Putin və Paşinyan bu məsələdə razılığa gəliblər" - Lavrovdan AÇIQLAMA
Siyasət 16 Sentyabr 22:02Kia bütün hallar üçün elektrikli mikroavtobus təqdim etdi...
Texnologiya 16 Sentyabr 21:49Pamela Anderson baqaj qəbulu sahəsini podiuma çevirdi...
Maraqlı 16 Sentyabr 21:27Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
İqtisadiyyat 16 Sentyabr 21:19Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
İqtisadiyyat 16 Sentyabr 21:17Manat gələn il də sabit qalacaq
İqtisadiyyat 16 Sentyabr 21:15Amerikanın gizli təyyarəsi yadplanetli texnologiyası ilə əlaqələndirilir
Dünya 16 Sentyabr 21:06Rusların gündəlik həyatı dönməz şəkildə dəyişib...
Dünya 16 Sentyabr 20:51Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
Siyasət 16 Sentyabr 20:33WSJ: Putin və Tramp xəyalpərəstdirlər...
Dünya 16 Sentyabr 20:27Polşada minimum əmək haqqı 1314 dollara yüksəlib…
İqtisadiyyat 16 Sentyabr 20:06Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Siyasət 16 Sentyabr 19:55Putin öz qorxusunun girovuna çevrildi...
Dünya 16 Sentyabr 19:49Fransada yanacaq təchizatında problemlər yaranıb
Dünya 16 Sentyabr 19:45Bloomberg Rusiyanın süni intellekt yarışındakı zəifliyini açıqlayır
Texnologiya 16 Sentyabr 19:07Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib
Siyasət 16 Sentyabr 19:00Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



