Vəsaitin banklarda saxlanılması daha məqsədə uyğundur - VACİB MƏQAMLAR - İQTİSADÇI ŞƏRH ETDİ

"Nağdsız hesablaşmanın təşviqi Azərbaycan üçün kreativ məsələlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, nağdsız hesablaşmalar vergidən yayınmanın qarşısını alır, dövlət iqdisatiyyatında şəffaflığı gücləndirir: "Eyni zamanda vəsaitin hərəkətlərinin izlənməsi imkanları verir. Vətəndaşlarımız üçün vəsaitin banklarda və eyni zamanda plastik bank kartlarında saxlanmasının bir sıra üstünlükləri var. Buna misal olaraq vəsaitin nağd formada deyil, bankda saxlanırsa bu vətəndaşa imkan verir ki, daha çox gəlir əldə edə bilsin və həmin vəsaitdən aktiv şəklidə istifadə edə bilsin. Çünki nağd şəkildə saxlanılan vəsait vətəndaşlara gəlir əldə etməyə imkan vermir, lakin banklarda olan vəsait vətəndaşlara illik və ya aylıq gəlir əldə gətirir. Eyni zamanda plastik bank kartları ilə ödəniş zamanı əlavə dəyər vergisi (ƏDV) geri qaytarılır. Bu da təbii ki, həmin vətəndaşlarımızın da plastik kartlardan alış-veriş zamanı müəyyən gəlir əldə etməsinə şərait yaradır. Bunun da nəticəsi olaraq (ƏDV) qaytarılması vətəndaşlarımız üçün əlavə stimul yaradır. Bu baxımdan vəsaitin banklarda saxlanılması daha məqsədə uyğundur. Lakin vətəndaşlarımız da bank seçərkən diqqətli olmalıdır. Xüsusən də o banklarda vəsaitin saxlanmasına ehtiyac varkən həmin banklar şəffaf olmalıdır. Həmin bankların internet səhifələrində aylıq və illik hesabatlar yerləşdirilməli, maliyyə göstəriciləri yaxşı olmalıdır. Ona görə də vətəndaş bankı seçən zaman həm bankın real durumu, həm də onun nə qədər şəffaf və hesabatlı olduqunu diqqət yetirməlidir".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə