AMB institusional risk qiymətləndirilməsinə dair Metodoloji Rəhbərliyi təsdiq edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərliy”i təsdiq edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, sənədin əsas məqsədi maliyyə institutlarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun aliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərin qiymətləndirilməsi prosesində istiqamət vermək, bu sahədə metodoloji biliklərin gücləndirilməsinə dəstəkolmaqdır. Bu metodoloji yanaşma yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır, risk qiymətləndirilməsinin həyata keçirilməsinə mümkün yanaşmanı ehtiva edir.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 21.7-ci maddəsinə görə, maliyyə institutları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməlidir. Həmçinin maliyyə institutları öz daxili qayda və prosedurlarına uyğun olaraq bu istiqamətdə risklərin idarə olunması, aradan qaldırılması və yaxud azaldılması üçün tədbirlər görməlidirlər.
”Metodoloji Rəhbərlik” mətni ilə bu keçiddən istifadə etməklə tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə