Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 29-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,75% – 40,527.62 bəndədək, S&P 500 indeksi 0,58% – 5,560.83 bəndədək, Nasdaq indeksi isə 0.55% – 17,461.32 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 29-da FTSE 100 indeksi 0,55% – 8,463.46 bəndədək, Almaniyanın DAX indeksi 0,69% – 22,425.83 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0,24% – 7,555.87bəndədək azalıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.09% azalaraq 1.1377 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə