"Neftçilər və Xalqlar dostluğu metrosuna yaxın olan evlər bahadır" - EKSPERT FİKRİ
"Daşınmaz əmlaka təsir edən amil birinci növbədə onun coğrafi yerləşməsidir. İkinci amil isə onun yerləşdiyi yerdə infrastrukturun olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə eskpert Elnur Azadov deyib.
Onun sözlərinə görə, daşınmaz əmlak qiymətlərinə əsasən yol infrastrukturunun təsiri nəzərdə tutulur: "Buna mərkəzi yolların kəsişmələri, metro çıxışları, avto nəqliyyat imkanları hətta son vaxtlar parkinq imkanları və ticarət infrastrukturu aid edilir. Ticarət və iaşə obyektlərinin olub-olmamasıda başlıca qiymətə təsir edən amillər sırasında yer alır.
Metroların olması sözsüz ki, önəmlidir. Çünki kütləvi ictimai nəqliyyat vasitəsidir və zəngin insanlardan başqa demək olar ki, bütün kateqoriyaya aid olan şəxslər metrolardan istifadə edirlər. Bu baxımdan isə metro nəqliyyat vasitələrinin içində ən önəmli sayılır. Evlər metrolara nə qədər yaxın yerləşirsə, o yerlərdə həm gediş-gəliş rahat olur, həm də ticarət imkanları genişlənir".
Ekspert həmçinin bildirir ki, Neftçilər-Həzi Aslanov aralığı olan metrolar ərazilərə yaxın digər qəsəbələrin birləşmə nöqtəsidir: "Yəni yol nəqliyyat infrastrukturu məhz həmin nöqtələrdə yerləşir. 1970-ci illərdə inşa olunan Neftçilər-Xalqlar dostluğu metroları kütləvi insan sıxlığınıda nəzərə alaraq əsas yerləşmə nöqtələri sayılır. Demək olar ki, 9 mərtəbəli evlər həmin ərazilərdə çoxluq təşkil edir. Eyni zamanda əhalinin daha çox yaşadığı Bakıxanov, Qaraçuxur, Keşlə ərazilərinə əsas yol infrastrukturu Neftçilər metrosundandır.
Bununla yanaşı Xalqlar dostluğu metrosuda Günəşli, Yeni Günəşli, Əhmədli, Yeni Əhmədli, Hövsan və digər ərazilərə aktiv gediş-gəliş mümkündür. Sözsüz ki, həmin qəsəbələrdə yol infrastrukturu olduqca yüksəkdir. Eyni zamanda ticarət infrastrukturu da olduqca yüksəkdir.
Əksinə mən deyərdim ki, Neftçilər və Xalqlar dostluğu metrosuna yaxın olan evlər bahadır. Ondan digər istiqamətlərdə yerləşən evlər nisbətən daha ucuzdur.
Şəhəriçi ərazilərə Xətai, Nərimanov, Ayna Sultanova və Bayıl zonası aid edilir. Artıq bundan sonrakı zonalarda şəhəriçi sayılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə