“Gənc ailələr üçün sərfəli ev tapmaq çətinləşib“ - EKSPERT DANIŞDI

“Daşınmaz əmlakın 50%-dən çox bahalaşması həqiqətən də onu əlçatan etməyib. Daha da uzaqlaşdırıb”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Elnur Azadov sözlərinə belə davam edib: “Mən iqtisadçı kimi deyə bilərəm ki, bu cür qiymət artımı bütövlükdə iqtisadiyyata ciddi zərər vurur. Bu mövzu ətrafında demək olar ki, heç kim danışmır. Daşınmaz əmlakın əlçatmaz olması, təbii ki, müsbət göstərici deyil. Xüsusilə də gənc ailələr üçün sərfəli ev tapmaq çətinləşib. Sərfəli əmlakı harada almaq olar, harada ki, o çox satılır və az alınır. Bu baxımdan Bakı şəhərində əlverişli ərazi deyərdim ki, Hövsan, Masazır, Xırdalan, Abşeron və qismən də Binəqədidir. Bu ərazilərdə daşınmaz əmlaka tələb o qədər yüksək deyil, amma satan kifayət qədər çoxdur.

Nəticə etibarilə, rəqabətli təkliflərin çox olduğu ərazilərdə qiymət daha labüd olur və bu da alıcılar üçün daha əlverişlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə