Muxtar respublikanın İqtisadiyyat Nazirliyində rəqəmsal yeniliklər təqdim olunub
Naxçıvanın İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində tətbiq edilən “DocNet” Elektron Sənəd Dövriyyəsi Sistemi yenilənərək 1-ci nəsildən 5-ci nəslə yüksəldilib, nazirliyin tabeli qurumları “DOCNET” elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunub. Bu sistem digər informasiya resurslarına inteqrasiya imkanları yaradacaq. “IP telefoniya” sisteminin qurulması başa çatdırılıb. SİA xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bu gün keçirilən Hərracların Təşkili Mərkəzinin açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin formalaşdırdığı 3 mühüm informasiya sisteminə inteqrasiya olunub, 5 informasiya sisteminə inteqrasiya istiqamətində işlər davam etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-1 və AVİS-2) tam inteqrasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə