Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 28-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.20% bahalaşaraq 94 105 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.08% azalaraq 1794ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 5.23%, BNB isə 0.94% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə