Azərbaycan qarğıdalı idxalını 19%-ə yaxın artırıb

Bu ilin I rübündə Azərbaycana 36 024 ton qarğıdalı idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 10 milyon 965 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 701 ton (18,8 %), dəyər baxımından isə 393 min ABŞ dolları (3,7 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə