Azərbaycanda kontrsiklik buferinin tətbiqi kredit faizlərinə və həcminə təsir etmir - AMB
Azərbaycanda kontrsiklik buferinin tətbiqi kreditləşmənin faizinə və həcminə təsir göstərmir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu səbəbdən də kontrsiklik buferin səviyyəsi 0,5 % müəyyən edilib ki, kreditləşməyə mənfi təsir etməsin:
“Simulyasiyalar göstərdi ki, buferin 1 % səviyyəsində tətbiqi kreditlərin həcmini azaldacaq və faizlərə artıcı təsir göstərəcəkdi”.
AMB sədri vurğulayıb ki, 0,5 %-lik buferin əsas məqsədi iqtisadi artım dövrlərində bankların daha çox gəlir əldə edərək ehtiyat formalaşdırmalarına şərait yaratmaqdır.
“Ümumilikdə, kontrsiklik buferin tətbiqinin kredit faizlərinə təsirini gözləmirik. Kredit faizlərində artım daha çox bazardakı faizlərin yüksəlməsi ilə bağlıdır. Bu da likvidliyin azalmasından qaynaqlanır. Likvidliyin azalması isə əsasən hökumətin bank hesablarında saxladığı sərbəst vəsait qalıqlarının artması ilə izah olunur”, - deyə T. Kazımov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə