Azərbaycan və Türkiyə gömrükdə məlumat mübadiləsini genişləndirir

Azərbaycan və Türkiyə iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsini müzakirə ediblər. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu barədə Komitə sədrinin müavini Natiq Şirinovla Türkiyənin Ticarət Nazirliyinin Statistika və Qiymətləndirmə İdarəsinin rəisi Çağlayan Aslanın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə müzakirə edirilib.

Görüşdə gömrük işinin təşkili sahəsində statistikanın aparılması, statistik məlumatların qiymətləndirilməsi nəzərdən keçirilib.

Həmçinin iki ölkənin gömrük orqanları arasında güzgülü statistika və digər istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə