Azərbaycanın 2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb

Maliyyə Nazirliyi Azərbaycanın 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsini açıqlayıb. SİA xəbər verir ki, çərçivə nazirliyin internet səhifəsində yerləşdirilib.

Sənəd ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 28 yanvar 2025-ci il tarixli sərəncamına əsasən hazırlanıb.

Ortamüddətli Büdcə Çərçivəsi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.

Bütün xəbərlər Facebook səhifəmizdə