Banklardakı daxili ipoteka kreditlərinin faizləri artmaqdadır

Son dövrlərdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə illik faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə faiz dərəcələri artmaqdadır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə