AMB manatda likvidliyin örtülməsi əmsalının tətbiqinə hazırlaşır

AMB manatda likvidliyin örtülməsi əmsalının tətbiqinə hazırlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən manatda likvidliyin örtülməsi əmsalı tətbiq etməyi planlaşdırılır. SİA xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bununla da xarici valyutada tələbin yerinə milli valyutada tələb gətiriləcək. Əsas məqsəd dollarlaşmanı monitizasiya etməkdir. Manatlaşma meyillərini artırmaq üçün bu əmsalı tətbiq etmək istəyirik", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə