Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 15-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında son 24 saatda 1.32% bahalaşaraq 85 605 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.66% artaraq 1 641 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.61% bahalaşıb, BNB isə 0.06% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə