Azərbaycanda “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu”nda dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı nazir nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti”nin IV bölməsində qeyd olunan mallarla yanaşı kosmik fəzaya, kosmik obyektlərə hər hansı siqnal, səs və ya təsvir ötürən əşyalar da bu siyahıya əlavə edilib.
Bundan başqa, qəza yerini göstərən – peyk radiomayak stansiyası bu nomenklaturadan çıxarılıb.
Nazirlik Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə