Aprelin 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 2.50% – 39,593.66 bəndədək, S&P 500 indeksi 3.46% – 5,268.05 bəndədək, Nasdaq indeksi isə 4.31% – 16,387.31 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 10-da FTSE 100 indeksi 3.04% – 7,913.25 bəndədək, Fransanın CAC-40 indeksi 3.83% – 7,126.02 bəndədək, Almaniyanın DAX indeksi 4.53% – 20,562.73 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.88% artaraq 1.1300 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə