Naxçıvanda I rübdə toplanılmış işsizlikdən və icbari tibbi sığorta haqlarının məbləği

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,3 milyon manat təşkil edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, proqnozdan müvafiq olaraq 1,3 % və 13,8 % çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki göstərici cüzi azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə