ADB Azərbaycanın 2025-ci il büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan dövlət büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb. SİA xəbər verir ki, ADB dövlət büdcəsinin kəsirinin 2025-ci ildə ÜDM-in 2.4%-nə, 2026-cı ildə isə 2.0%-nə qədər artacağı proqnozlaşdırılıb.
Qeyd edilib ki, 2025-ci ildə büdcə gəlirləri ÜDM-in 30%-i səviyyəsində gözlənilir. Bunun 12%-ni vergi, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF/SOFAZ) transfertlər təşkil edəcək. Büdcə xərclərinin isə ÜDM-in 32%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına (investisiya xərclərinə) ayrılacaq.
"Sosial müdafiə xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiya xərclərinin isə ÜDM-in 2%-nə qədər azalacağı proqnozlaşdırılır" - ADB əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə