Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Azərbaycan ilk dəfə dövlət qurumlarının informasiya sistemləri üzrə boşluqların tapılmasına görə mükafatlandırma “bug bounty” proqramına start verir. SİA xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, proqram aprelin 15-dən iyulun 31-nə qədər həyata keçiriləcək. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər *.GOV.AZ zonasında informasiya sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.
Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcək.
Sonda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə