BP bu il AÇG blokunda platformaların dayandırılmasını planlaşdırmır

BP şirkəti 2025-ci ildə texniki xidmət üçün “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda platformaları dayandırmağı planlaşdırmır. Bu barədə SİA-ya “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlıya istinadən xəbər verir.

"Bu il platformalardan heç biri dayandırılmayacaq", - T.Bayatlı jurnalistlərə bildirib.

Ötən il şirkət "Dərinsulu Günəşli" platformasını 15 günlük profilaktik işlər üçün dayandırıb. Belə proqramlar planlı şəkildə həyata keçirilir. İllik iş proqramına və illik büdcəyə daxil edilir.

"Cari il üçün platformaların dayandırılmasını planlaşdırmamışıq", - T. Bayatlı bildirib.

Qeyd edək ki, 2024-cü ildə AÇG blokundan 16 milyon ton (11,1 % az) neft hasil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə