Xəzərə çirkab su axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilik dəyişdiriləcək

Xəzər dənizinə çirkab sularının axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilikdə dəyişikliklər ediləcəyi gözlənilir. SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

"Bundan sonra biz tam fəaliyyətə başlayacağıq. Hazırda Novxanı çimərliyində və yaxud Xəzəryanı digər ərazilərdə çirkab suların birbaşa axıdılması faktı inanmıram ki, olsun. Çünki, belə bir hal olsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh orqan kimi çox ciddi tədbirlər görər", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə