Eldar Qasımov və Nigar Camal alman şirkəti ilə müqavilə imzalayıb
Azərbaycanın "Eurovision-2011" qalibləri Eldar Qasımov və Nigar Camal Almaniyada "Universal" şirkəti ilə müqavilə imzalayıblar.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Eldar və Nigar müqavilə əsasında "Universal" şirkətində bir neçə mahnı yazdıracaqlar. Həmin mahnıları uğurlu cütlük gələcəkdə Avropa turneləri zamanı ifa etmək fikrindədirlər.
Duet ortaqları artıq Almaniya səfərini yekunlaşdırıb Bakıya gəliblər. Ötən gün Vətənə qayıdan Eldar və Nigar bu gün bir sıra görüşlər keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB