Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış "Kuraj və uşaqları" tamaşasını iyunun 25-də "facebook" səhifəsində onlayn nümayiş etdirəcək. SİA-nın məlumatına görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti Rafiq Əliyev quruluş verib.
Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Xalq artisti Ramiz Fətəliyevdir.
Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.
Səhnə əsəri saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB