Şamaxıda M.Ə. Sabir şerlərinin bədii qiraət müsabiqəsi davam edir
Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə fevralın 28-dən start verilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş "Bədii qiraət" müsabiqəsi davam edir.
Artıq bununla baglı Şamaxı Təhsil Şöbəsində ədəbiyyat müəllimlərinin iştirakı ilə görüş keçirilib. Fonddan SİA-ya verilən xəbərə görə, görüşdə müsabiqənin gedişi müzakirə edilmiş və qarşıda duran vəzifələr müəyyən edilib.
Bundan başqa müsabiqə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında və Şamaxı Humanitar Kollecdə keçirilir. Xatırladaq ki, iki mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsinə aprelin 30-da yekun vurulacaq. Müsabiqənin birinci mərhələsində Şamaxının bütün təhsil müəssisələrində təhsil alan şagird və tələbələr iştirak edir.
Təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə müsabiqənin gedişi ilə maraqlanmış və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir.
Ənənəvi olaraq keçirilməsi planlaşdırlılan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB