Muğam Mərkəzində dezinfeksiya işləri aparılır FOTOLAR

Muğam Mərkəzində dezinfeksiya işləri aparılır FOTOLAR

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, nazirliyin tabeliyində olan müəssisələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi işləri davam edir.

Bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Muğam Mərkəzindən SİA-ya bildirilib ki, müəssisədə ilk ümumi dezinfeksiya işi martın 6-da həyata keçirilib. Bundan əlavə, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mərkəzdə mütəmadi olaraq gündəlik ümumi dezinfeksiya işləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə