“Şən Elf və cadugər”in premyerası olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və cadugər” tamaşasının premyerası olub. Teatrdan SİA-ya verilən xəbərə görə, əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.

Səhnə əsərinin quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edəcək bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə