"Xor birlik və bərabərlik anlayışının təcəssümüdür" - Özəl

"Xor birlik və bərabərlik anlayışının təcəssümüdür" - Özəl

Bu gün "Yüksəl, ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimində çıxış edən layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadə bildirib ki, bu diqqət və dəstək sayəsində gənclərin ideyaları reallaşır, onlar öz bacarıqlarını nümayiş etdirə bilirlər. SİA-nın məlumatına görə, o, Gənclər Fondunun gənclərin ideyalarına verdiyi dəstək üçün təşəkkür edib: " Fond gənclərin böyük inamla irəli addımlamağına stimul yaradır. Xor birlik və bərabərlik anlayışının ən gözəl təcəssümüdür. Biz bu ənənəni yaşatmaq və inkişaf etdirmək arzusundayıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə