Azərbaycan musiqisi Badendə - KONSERT

Azərbaycan musiqisi Badendə - KONSERT

Avstriyanın Baden şəhərində Azərbaycan musiqiçilərinin konserti təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Baden İncəsənət Evində baş tutub.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer bildirib ki, Vyanadan cəmi 25 kilometr məsafədə yerləşən füsunkar Baden şəhəri hər zaman Vyana sakinləri, ələlxüsus da bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Bethoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirmiş, ənənəvi olaraq burada klassik musiqiyə böyük diqqət göstərilmişdir.

Tədbirin bədii hissəsi “Ənvər Sadıqov, Şəhriyar İmanov və dostları” adlı konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərlərindən ibarət improvizasiyalar, Ənvər Sadıqov və Şəhriyar İmanovun müəllifi olduğu kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə