“İlk kosmonavt” viktorinasının fəal iştirakçıları təltif olundu
Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilk kosmonavt Yuri Qaqarinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar viktorina təşkil edib. SİA-nın verdiyi məlumata görə, viktorinaya aprel ayının 1-dən start verilib.
Viktorinanın yekunlarına əsasən I yeri Zərdab rayonu 1 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Nuri, II yeri Şəki şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi Rəvan Ələsgərli, III yeri isə Quba rayonu Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Afət Rəhimova qazanıb.
“İlk kosmonavt” viktorinasının Bakı şəhəri üzrə fəal iştirakçıları – Nərimanov rayonu 37 nömrəli tam orta məktəbin şagirdi Muhamməd Qasımlı və Qaradağ rayonu 110 nömrəli tam orta məktəbin şagirdi İsaxan Masıyev Təşəkkürnamələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB