24 saylı 11 illik Musiqi Məktəbi bayram konserti keçirib FOTOLAR

24 saylı 11 illik Musiqi Məktəbi bayram konserti keçirib FOTOLAR

Martın 7-də Xəzər rayonu Mərdəkan qəsəbə Mədəniyyət Evində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə 24 saylı 11 illik Musiqi Məktəbinin Xalq Çalğı Alətləri və instrumental ansanblının birgə layihəsi ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, konsertin aparıcısı, nəzəriyyə müəllimi Aytac Haşımova bütün xanımları bayram münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Xalq Çalğı Alətləri Ansanblında iştirak edən şagirdlərdən IV sinif şagirdi, Respublika Müsabiqəsi diplomantı Səma Məmmədova, IV sinif şagirdi İranə Ağayeva, V sinif şagirdi Ədilə Əliyeva, V sinif şagirdi Həzrət Əzizli, X sinif şagirdi, Respublika Müsabiqəsi diplomantı Dilarə Abdullazadə, V sinif şagirdləri Ədilə Əliyeva və Həzrət Əzizlinin birgə oxuduğu "Yaylıq" mahnısı tamaşaçıların alqışları ilə qarşılandı.

Tədbirin sonunda Xəzər rayon icra hakimiyyəti başçısının müavini Arif müəllim çıxış edərək bildirdi ki, 24 saylı 11 illik Müsiqi Məktəbinin şagirdləri konserti çox yüksək səviyyədə təşkil etmişdilər və bu konsert xanımlara ən gözəl bayram hədiyyəsidir.

24 saylı 11 illik Musiqi Məktəbin direktoru Samirə İsayeva çıxış edərək Bakı Şəhər Mədəniyyət Baş İdarəsində çalışan xanımların timsalında bütün Azərbaycan xanımlarının 8 Mart Beynəlxalq Qadınlar bayramını təbrik etdi və onlara işlərində yeni-yeni uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə