Görkəmli kinorejissor Tofiq Tağızadənin xatirəsi anılacaq

Görkəmli kinorejissor Tofiq Tağızadənin xatirəsi anılacaq

Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. SİA-nın məlumatına görə,tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Eyni zamanda, “ARB Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan, rejissor Yeganə Əbdülməmmədovanın “Tofiq Tağızadə - 100” sənədli filmi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə